“Neftçi” dördüncü transferini MİLYONÇU ETDİ

23 İyul 2024 20:00 Neftçi 5 436
“Neftçi” dördüncü transferini MİLYONÇU ETDİ

“Neftçi” yeni mövsümdə dördüncü transferini dünən reallaşdırdı.

Emil Səfərov, Edvin Kuç və Ramin Şeydayevdən sonra almaniyalı müdafiəçi Robert Bauer də artıq bu komandanın üzvüdür.

23 nömrəli formanı geyinəcək 29 yaşlı legioner ilə 3 illik müqavilə imzalanıb.

Bauer bu müddətdə milyonçu olacaq. Onun növbəti 3 ildə Bakıda qazanacağı pul 1,2 milyon dolları keçəcək.

Dörd fərqli mövqedə – müdafiənin hər iki cinahında, mərkəzində və orta xətdə oynamağı bacaran Bauer yüksək sürətə və texnikaya malikdir.

Almaniyada “İnqolştadt”, “Verder” və “Nürnberq”də çıxış etmiş futbolçu Bundesliqada 100-ə yaxın oyun keçirib, 2-ci Bundesliqanın çempionu olub.

Bundan əlavə, Rusiya Premyer Liqasında “Arsenal” (Tula) və Belçikada “Sent-Trüyden”in formasını geyinmiş Robert son mövsümü bir çox ulduz futbolçuların çıxış etdiyi Səudiyyə Ərəbistanı Pro Liqasında mübarizə aparan “Əl-Tai”də keçirib.

O, 13 dəfə şərəfini qoruduğu Almaniya U-20 milli komandası ilə 2016-cı ildə dünya çempionatının 1/4 finalına yüksəlib və Olimpiya Oyunlarında gümüş medal qazanıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 14:50 "Sportinfo TV”də GÜNDƏM
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır