Berdiyev Cənubi Azərbaycan klubundan tanıdığı müdafiəçini "Turan"a gətirdi

22 İyul 2024 14:40 Neftçi 2 468
Berdiyev Cənubi Azərbaycan klubundan tanıdığı müdafiəçini "Turan"a gətirdi

Kurban Berdiyevi baş məşqçi postuna gətirən «Turan Tovuz» heyətini gücləndirməkdə davam edir.

Avrokuboklara vəsiqə qazanmaq iddiasıyla yeni mövsümün hazırlıqlarını Türkiyədə davam etdirən qərb klubu bu gün daha bir legionerlə müqavilə bağlayacaq.

Əyalət təmsilçisi İrandan yeni mərkəz müdafiəçisi gətirib.

Vaxtilə Arazın o tayında «Traktor»u çalışdırmış müəxəssis oradan yaxşı tanıdığı Araş Qadirini öz sərəncamında görmək istəyib və məqsədinə çatıb. Onunla 1+1 illik anlaşma əldə olunub.

«Turan Tovuz» Elçin Qasımovu "Şamaxı"dan icarədən geri qaytarıb. Həmçinin Tural Bayramlı, İvan Konovalov, Sergey Samok və Kristian da Silvanı sıralarına qatıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”