
"Neftçi"nin gənc forvardı Ağdadaş Salyanski yeni mövsüm daha çox oynamaq şansı qazanacaq.
Komandanın baş məşqçisi Roman Qriqorçuk bu barədə qərar verib.
O, 20 yaşlı hücumçunun Türkiyə toplanışında göstərdiyi performansından məmnun qalıb.
Təcrübəli mütəxəssis bu barədə Ağadadaşın özünü də məlumatlandırıb.
O, "ağ qaralar"ın yetirməsi ilə şəxsi söhbətdə haqqında müsbət fikirdə olduğunu dilə gətirib.
Hazırkı istəklə məşqlərə davam etməli olduğunu isə xüsusi qeyd edib.
İndi qalır Ağadadaşın ukraynalı mütəxəssisdən gördüyü inamı doğrultması.
Gənclər millimizin üzvü ötən mövsüm əsas komandada keçirdiyi 8 oyunda bir qolla yadda qalıb.
İstedadlı futbolçu 2022/23 sezonundan A komandasına cəlb edilir.
Ümumilikdə isə əsas komandada 13 oyun meydana çıxıb və 2 qolla yadda qalıb.
XANOĞLAN / SPORTİNFO.AZ