Ramil Şeydayevlə əlaqəli bu hadisə "Neftçi" azarkeşlərini çox qəzəbləndirdi - FOTO

20 İyul 2024 11:00 Neftçi 5 360
Ramil Şeydayevlə əlaqəli bu hadisə "Neftçi" azarkeşlərini çox qəzəbləndirdi - FOTO

Ramil Şeydayevin "Neftçi"yə keçidinin rəsmi açıqlanmasından 4 gün ötür.

Amma yarımmüdafiəçi hələ də sosial şəbəkə hesablarındakı örtük fotolarını dəyişməyib.

Düşünə bilərsiniz ki, bunun Ramilin "Neftçi"yə keçidi ilə nə əlaqəsi?

Amma birbaşa bağlılığı var...

Belə ki, Şeydayevin instaqram hesabındakı profil şəkli hələ də "ağ qaralar"ın əzəli rəqibi olan "Qarabağ"ın formasında olan fotodur.

Ramil Şeydayevlə əlaqəli bu hadisə "Neftçi" azarkeşlərini qəzəbləndirdi - FOTO

28 yaşlı futbolçunun arxada qalan günlərdə "Neftçi" forması ilə məşqlərə, oyunlara çıxmasına baxmayaraq profil şəklinə göz gəzdirməməsi azarkeşləri də narazı salıb.

Onlar incik düşmələri barədə yeni transferin özünü də məlumatlandırıblar.

"Neftçi" ötən mövsümü "Kocelispor"da keçirən forvardla 3 illik anlaşma imzalayıb.

O, burada 90 nömrəli forma altında çıxış edəcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti