
Gözünün içini tatu etdirən yeganə azərbaycanlı…
O, “Neftçi”nin futbolçusu imiş.
İnternet üzərindən fəaliyyət göstərən «AsTar» kanalında ondan bəhs olunub.
Kimdir bu şəxs? Ülvi Əbilov.
Şirvan rayonunda dünyaya gələn Əbilovun indi 32 yaşı var. O, yeniyetməlik və gənclik illərini «Neftçi»də keçirib.
Şirvandan Bakıya gəlməkdə məqsədi də ağ-qara formanı geyinmək olub.
Ülvi etiraf edib ki, tatu sənəti ilə tanış olandan və buradan pul qazanmağa başlayandan sonra futbola marağı azalıb, tədricən məşqlərdən yayınıb, sonda isə «Neftçi» ilə vidalaşmağı üstün tutub.
SPORTİNFO.AZ