
“Neftçi” Türkiyədə keçirdiyi yoldaşlıq görüşlərində rəqib tanımır.
İlk sınaq qarşılaşmasında “Alanyaspor”u 3:1 hesabı ilə məğlub edən “ağ-qaralar” növbəti matçda “Sivasspor”u üstələdi – 2:1.
Bakılıların sonuncu oyunda qazandığı qələbə sivaslı azarkeşləri özündən çıxarıb. Onların klubun sosial şəbəkə hesablarında yazdıqları şərhlərlə əsəblərini soyutmağa çalışıblar.
Rəylərini böyük əksəriyyəti adminlər tərəfindən silinsə də, bir neçəsini təqdim edirik:
“Hazırlıq matçında yenilgi normaldır. Avropa Liqasında gəlsələr, delik-deşik edərik. “Qarabağ” bizi yaxşı tanıyır”.
“Xərçəng xəstəliyinə tutulacağımız mövsümə hazırıq”.
“İndidən başladınız məğlub olmağa?”
“Son 2-3 ildə ilk dəfə hazırlıq oyununda uduzduq. Gördüyünüz iş budur”.
“Dəyişən heç nə yoxdur. Saçınızı-başınızı yolmağa indidən hazır olun”.
“Kəllə-paça yeməkdə davam edin siz”.
“Çempionata “Neftçi”yə məğlub olaraq başlayırsınızsa, vay bizim halımıza”.
“Ağ-qaralar”ın Ərzurumda daha iki yoldaşlıq görüşündə qüvvəsini sınayacağı gözlənilir.
HƏBİB/ SPORTİNFO.AZ