"Neftçi"də ixtisarlar kütləvi hal alır – İşçilər küçəyə atılır

18 İyul 2024 19:00 Neftçi 1 342
"Neftçi"də ixtisarlar kütləvi hal alır – İşçilər küçəyə atılır

«Neftçi»də kütləvi ixtisar başlayıb.

Bu barədə klubdan redaksiyamıza məlumat daxil olub. X

əbərə görə, Müşahidə Şurası bununla bağlı müvafiq göstəriş verib. Problem büdcənin azalmasında deyil. Məqsəd işçi ştatını maksimum azaltmaqla, əldə olunan vəsaiti əsas komandaya ayırmaqdır.

Yeni transferlər etmək üçün başqa mənbə tapmayan rəhbərlik artıq 20-yə qədər əməkdaşla işbirliyinə son qoyub.

Amma bu da da son deyil. «Yarpaq tökümü» qarşıdakı günlərdə də davam edəcək.

İşbilməz, kluba tarixinin ən uğursuz mövsümlərindən birini yaşadan yönətim daha əvvəl bir gülünc qərarla diqqət mərkəzinə düşüb.

Bazada çalışanların qida təminatı kəsilib. Onlara yeməkxananın qapısından içəri keçmək qadağan olunub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!
30 İyun 00:00 Avropa çempionu oldular