"Neftçi"nin baş məşqçisi: “Bu futbolçunu çox sevirəm”

16 İyul 2024 22:40 Neftçi 4 381
"Neftçi"nin baş məşqçisi: “Bu futbolçunu çox sevirəm”

"Neftçi"nin baş məşqçisi Roman Qriqorçuk Ramil Şeydayevin keçidini dəyərləndirib.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ukraynalı mütəxəssis bunun komanda üçün əla transfer olduğunu deyib.

O, hücumçunun transferindən məmnun olduğunu vurğulayıb:

“Mən çox şadam ki, Ramil bizimlədir. Bu futbolçunu çox sevirəm. Ona hörmət edirəm, dəyər verirəm.

Əminəm ki, Ramilin “Neftçi”yə çox köməyi dəyəcək. O, gözəl futbolçudur. Düşünürəm ki, bu, komandamız üçün əla transferdir”.

"Neftçi" Azərbaycan millisinin üzvü ilə 3 illik müqavilə imzalayıb. 28 yaşlı hücumçu paytaxt təmsilçisinin heyətində 90 nömrəli formanı geyinəcək.

R.Şeydayevin son klubu Türkiyənin I Liqa təmsilçisi "Kocaelispor" olub.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da