Emin Mahmudovun "Neftçi" ilə bağlı planından AGAH OLUN

16 İyul 2024 19:00 Neftçi 4 383
Emin Mahmudovun "Neftçi" ilə bağlı planından AGAH OLUN

Emi Mahmudovun "Neftçi"dən ayrılması gündəmdə deyil.

Bu barədə klubdan məlumat əldə etmişik.

Əksinə, Roman Qriqarçukun gəlişindən sonra kapitanın yeni mövsümlə bağlı ümidləri daha da artıb.

O, inanır ki, nəhayət ukraynalı mütəxəssisin rəhbərliyi altında əvvəlki formasını bərpa edəcək, "Neftçi" isə yaxşı nəticələrlə yadda qalacaq.

Qısası, o planlarını "Neftçi"yə görə qurub. Və burada yeni uğurlar qazanmağı hədəfləyib.

Ayrılıq məsələsi isə ümumiyyətlə gündəmdə olmayıb.

Klub rəhbərliyi və məşqçilər korpusu hazırda bütün fikrini yeni transferlərə ayırıb.

Bir neçə səviyyəli əcnəbi ilə danışıqlar davam edir.

Xatırladaq ki, mətbuatda Mahmudovun klubdan ayrılacağı ilə bağlı iddialar vardı.

32 yaşlı yarımmüdafiəçi 2017-ci ildən "Neftçi"nin şərəfini qoruyur.

O, bu klubun formasında meydana çıxdığı 229 matçda 56 qol, 57 məhsuldar ötürmə ilə yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!
30 İyun 00:00 Avropa çempionu oldular