
"Neftçi" azarkeşləri mətbuat xidmətinə şikayət ünvanlayıb.
Səbəb klubun yoxlama matçlarının "Neftçi TV"də yayımlanmamasıdır.
Fanatlar sevimli komandalarının oyunlarını izləmək istədiklərini rəsmilərin diqqətinə çatdırıb.
"Ağ qaralar" hazırda Türkiyənin Ərzurum bölgəsində təlim-məşq toplanışı keçir.
Təmsilçimiz hazırlıq çərçivəsində ilk sınaq matçını "Alanyaspor"a qarşı keçirib.
Komandamızın qələbəsi ilə bitən (3:1) matçı tərəfdarlar klubun yutub kanalından izləyə bilməyib.
Növbəti yoxlama matçı 17 iyul "Sivasspor"a qarşı olacaq. Bu görüşün də "Neftçi TV" vasitəsilə canlı yayımlanması planlaşdırılmır.
Qarşıda isə daha iki sınaq matçı var. Həmin qarşılaşmaların da canlı yayımlanıb-yayımlanmayacağı hələ də sual olaraq qalır.
XANOĞLAN / SPORTİNFO.AZ