
«Neftçi» yaxın günlərdə bir neçə transfer etməyi planlaşdırır.
Bu barədə paytaxt klubundan redaksiyamıza məlumat verilib.
Bildirilib ki, hazırda 6-7 futbolçu ilə görüşmələr davam edir. Onların arasında legionerlər üstünlük təşkil eləyir.
Xəbərdə o da qeyd olunur ki, görüşmələr bir elə rəvan getmir. Çünki təklif göndərilən əksər əcnəbi oyunçular Azərbaycana gəlmək üçün layiq olduqlarından qat-qat artıq pul istəyir.
Bu səbəbdən son 1 ayda 20-dən artıq legionerə «yox» cavabı verilib.
«Ağ-qaralar» bu yay hələlik 2 transfer çalışmasını sonlandırıb. «Qəbələ»dən Emil Səfərov və monteneqrolu yarımmüdafiəçi Edvin Kuçu sıralarına qatıb.
SPORTİNFO.AZ