
Emil Balayevin yaşıl meydanlara dönüşü yaxın müddətdə baş tutmayacaq.
Ötən ilin iyulunda ağır zədəyə məruz qalan təcrübəli qapıçı 1 il ərzində iki dəfə əməliyyat masasına uzanıb.
Ardıcıl əməliyyatlardan sonra karyerası təhlükə altına düşən Balayevin sağalma prosesinin gözləniləndən yaxşı keçdiyini deyə bilərik.
Emil hazırda Türkiyədə hazırlıq keçən komanda ilə birlikdə məşq edir. Lakin tam gücü ilə yox. Ağır zədədən sonra yüklənmənin dozası müəyyən yerə qədər olmalıdır.
Hazırlıq prosesindəki yüklənmə ağırlığı minimumdan maksimuma qaldırılacaq. Məşqlərin gedişində ortaya hansısa əmma çıxmasa, 30 yaşlı futbolçu avqustda tam gücü ilə məşq edə biləcək.
Meydana çıxmaq vəziyyətinə gəlməsi üçün ən yaxşı halda sentyabrı gözləmək lazımdır.
HƏBİB / SPORTİNFO.AZ