Səlahətin “Neftçi”yə dönüşündə SÜRPRİZ GEDİŞAT

13 İyul 2024 21:00 Neftçi 3 027
Səlahətin “Neftçi”yə dönüşündə SÜRPRİZ GEDİŞAT

“Neftçi”nin növbəti transferi Səlahət Ağayev olacaq.

Təcrübəli qapıçı ilə bütün detallarda razılıq əldə olunub, qalır ictimaiyyətə təqdim etmək.

“Ağ-qaralar” bu futbolçunu transfer etməklə azarkeşlərini narazı salıb. Səlahətin illər öncə tribunalara göstərdiyi barmaq işarəsi fanatlar tərəfindən unudulmayıb.

“Neftçi” bu transferdə çoxdan maraqlı olub? Həqiqətənmi Ağayevin gəlişi kimlərinsə maraqlarına xidmət edir?

İvan Brkiçin Polşa “Motor”undan aldığı sərfəli təklif olmasaydı, Səlahət bakılıların sralarına qoşulmayacaqdı.

Xorvat qapıçı daha çox oynamaq və aparıcı liqada çıxış etmək istədiyini deyərək ayrılmaq istədiyini bildirib. Üstüörtülü Rza Cəfərovun kölgəsində qalmaq həvəsində olmadığına işarə vurub.

Onu komandada məcbur saxlamağın gərəksiz olduğunu düşünərək getməsinə şərait yaradılıb.

Emil Balayev meydana çıxmağa hələ tam hazır deyil. Rzanın zədələnməsi, yaxud cəzalı duruma düşməsi digər qapıçının iş başına keçməsi anlamına gələ bilər ki, rəsmilər “çərçivə”ni legionerə tapşırmaqla yerli futbolçu limitini itirmək istəməyib.

Qərara alınıb ki, mövsüm ərzində qapını mütləq azərbaycanlı qorusun. Axtarışlar nəticəsində, Balayev sıraya qayıdana kimi Rzanı əvəzləyəcək qapıçı qismində Səlahət tapılıb.

33 yaşlı Ağayev hara və hansı şərtlərlə gəldiyini yaxşı bilir.

Ancaq indiki vəziyyətdə “Neftçi”də ehtiyat oyunçular skamyasının daimi sakini olmağı təklif aldığı digər komandalarda “11-lik”də yer almaqdan üstün tutub.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
12 İyul 18:10 Çək və bizə göndər!