“Neftçi” azarkeşlərinin narahatlığına son qoyuldu – O, gəldi

12 İyul 2024 22:20 Neftçi 9 871
“Neftçi” azarkeşlərinin narahatlığına son qoyuldu – O, gəldi

“Neftçi” təlim-məşq toplanışının ikinci hissəsini Türkiyədə keçirir.

Klubun media qrupu qardaş ölkədəki hazırlıqdan hazırlanmış fotoları hər gün izləyicilərə təqdim edir.

Şəkillərdə bütün futbolçular gözə dəysə də, Kilan Lebonun yoxluğu maraq doğurur. Azarkeşlər “ağ-qaralar”ın sosial şəbəkə hesablarında aparıcı futbolçunun məşqlərdə iştirak etməməsindən narahatlığını ifadə etməkdədir.

Sportinfo.az xəbər verir ki, fransalı cinah yarımmüdafiəçi artıq Türkiyədədir. Düşərgəyə gec qoşulması ilə bağlı icazə alan Lebon iyulun 11-də kollektivə qoşulub.

Odur ki, Kilan növbəti mövsümdə “Neftçi”nin sıralarında olacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 20:00 Çək və bizə göndər!
4 Oktyabr 18:57 Litvanı məğlub etdik
4 Oktyabr 04:00 Dörd futbolçu var ki...