“Neftçi”dən ayrıldı, bunu yaddan çıxarmadı, dilimizdə təşəkkür etdi

10 İyul 2024 20:40 Neftçi 1 868
“Neftçi”dən ayrıldı, bunu yaddan çıxarmadı, dilimizdə təşəkkür etdi

“Neftçi”də növbəti legioner ayrılığı gerçəkləşdi.

2022-ci ilin yanvarından “ağ-qaralar”ın qapısını qoruyan İvan Brkiç Polşadan aldığı təklifi yüksək dəyərləndirərək elitaya vəsiqə qazanan “Motor Lublin”lə müqavilə bağladı.

Xorvatiyalı kiper sosial media hesabında paylaşım edərək hər kəsə təşəkkür edib. Lakin bir çox futbolçulardan fərqli olaraq komandanı dəstəkləyən azarkeşlərə minnətdarlıq bildirməyib:

“Neftçi”yə ilk gəldiyim gündən özümü evimdəki kimi hiss edirdim. Geridə qalan iki il yarım zəngin xatirələrlə dolu oldu mənim üçün. Mənə bu hisləri yaşadan klubdakı və ətrafımdakı insanlara təşəkkür edirəm.

“Neftçi”, Bakı və Azərbaycan – bu adlar qəlbimdə hər zaman xüsusi yer tutacaq. Gələcəkdə hamınıza uğurlar və xoşbəxtlik arzulayıram. Hamını sevirəm”.

Brkiçin paylaşımın sonunda Azərbaycan dilində “çox sağ ol” yazması izləyiciləri tərəfindən maraqla qarşılanıb.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti