"Neftçi" “Spartak”ın müdafiəçisinin transferindən niyə vaz keçdi?

10 İyul 2024 02:00 Neftçi 977
"Neftçi" “Spartak”ın müdafiəçisinin transferindən niyə vaz keçdi?

"Neftçi" Moskva "Spartak"ının sabiq müdafiəçisi Leon Klasseni heyətinə qatmağa yaxın olub.

Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, "ağ-qaralar" Rusiyanın U-21 yığmasının sabiq üzvünə təklif göndərib.

Lakin futbolçudan dərhal cavab gəlməyib və o, düşünməyə qərar verib.

Buna görə də "Neftçi" rusiyalının transferindən vaz keçib.

Leon başqa təklifləri nəzərdən keçirmək qərarına gəlib. 24 yaşlı futbolçu "Spartak"dan (Moskva) ayrıldıqdan sonra azad agent statusuna malikdir.

O, karyerası ərzində “Münhen 1860”, “Tirol” komandalarında oynayıb. Bununla yanaşı, Rusiyanın U-17, U-18, U-19 yığmalarında da forma geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"