COP29

Roman Qriqarçuk sabiq yetirməsini "Neftçi"yə gətirir?

9 İyul 15:00 Neftçi 5 281
Roman Qriqarçuk sabiq yetirməsini "Neftçi"yə gətirir?

"Neftçi"nin danışıq apardığı daha bir legionerin kimliyi məlum olub.

Bu, Ukrayna U-23 millisinin üzvü Volodimir Salyukdur.

Mərkəz müdafiəçisi ötən mövsüm Roman Qriqarçukun çalışdırdığı "Çernomerits"ə məxsusdur.

O, bu klubun formasında meydana çıxdığı 57 matçda 2 qol, 1 asistlə yadda qalıb.

"Odessa"nın yetirməsi "Neftçi"yə gəlməyə isti baxır, qalır klubu ilə dil tapmaq.

22 yaşlı arxa xətt oyunçusunun hazırkı klubu ilə müqaviləsinin müddəti 2025-ci ilin yayına kimidir.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti