"Neftçi"dəki gözlənilməz ayrılığın DETALLARI BURADA

9 İyul 2024 09:40 Neftçi 3 743
"Neftçi"dəki gözlənilməz ayrılığın DETALLARI BURADA

"Neftçi" dünən yay hazırlığının Bakı hissəsini başa vuraraq Türkiyəyə yola düşdü.

Qardaş ölkəyə yollanan heyətdə İvan Brkiçin yer almadığını sizə məlumat vermişdik.

Xorvatiyalı qolkiperin yoxluğuna səbəb onun klubdan ayrılmaq istəyi olub.

Məsələ ilə bağlı yeni məlumatlar əldə etmişik.

Xorvatiyalı qolkiper Roman Qriqarçukun yeni mövsümlə bağlı planlarına daxil imiş.

29 yaşlı legioner də buna isti baxırmış.

Lakin son anda Polşadan gələn yaxşı təklif onun fikir dəyişməsinə yol açıb.

Elə Rza Cəfərovla rəqabətdə uduzması da ayrılıqda az rol oynamayıb.

Onun bu addımı "ağ qaralar"ın məşqçilər korpusunu məyus edib.

Adıçəkilən ölkənin "Motor Lublin" klubu qapıçı ilə bütün detallarda razılıq əldə edib.

Hazırda Bakıda olan Brkiç şəxsi əşyalarını toplayaraq, yaxın günlərdə bu mövsüm yüksək liqaya yüksələn klubla müqavilə imzalamaq üçün Polşaya yollanacaq.

29 yaşlı futbolçu 2022-ci ilin yanvarından "Neftçi"nin şərəfini qoruyur.

O, arxada qalan müddətdə 68 oyun keçirib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”