İki ildir "Neftçi"də olan legioner Avropa klubuna gedir

9 İyul 2024 00:30 Neftçi 2 458
İki ildir "Neftçi"də olan legioner Avropa klubuna gedir

"Neftçi"nin qapıçısı İvan Brkiç komandadan ayrıla bilər.

Sportinfo.az xəbər verir ki, 29 yaşlı qolkiperin karyerasını Polşada davam etdirmək ehtimalı var.

Bu barədə Polşa mətbuatı məlumat yayıb.

Xorvatiyalı "əlcək sahibi"nin "Motor Lublin"a keçəcəyi iddia olunur. Artıq tərəflər arasında anlaşma əldə olunduğu bildirilir.

İvan Brkiç 2022-ci ilin yanvar ayından "Neftçi"də çıxış edir. Təcrübəli qapıçı "ağ-qaralar"ın heyətində 68 rəsmi matçda meydana çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”