SON DƏQİQƏ: "Neftçi"də daha bir gözlənilməz ayrılıq - Türkiyə toplanışına qatılmadı

8 İyul 2024 17:40 Neftçi 4 920
SON DƏQİQƏ: "Neftçi"də daha bir gözlənilməz ayrılıq - Türkiyə toplanışına qatılmadı

"Neftçi" yeni mövsümə hazırlığın birinci mərhələsini başa vuraraq bu gün Türkiyəyə yola düşüb.

Ərzurum bölgəsində baş tutacaq təlim-məşq toplanış üçün yola düşənlər arasında İvan Brkiç yer almayıb.

Xorvatiyalı qolkiperin Bakıda qalması səbəbsiz deyil.

Əldə etdiyimiz məlumata görə, o, “ağ qaralar”dan ayrılmağa qərar verib.

29 yaşlı futbolçu 2022-ci ilin yanvarından "Neftçi"nin şərəfini qoruyur.

O, arxada qalan müddətdə 68 oyun keçirib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”