Braziliyalı müdafiəçi: “Neftçi” kimi titullu komanda qələbə qazanmaya bilməz"

8 İyul 2024 12:40 Neftçi 1 474
Braziliyalı müdafiəçi: “Neftçi” kimi titullu komanda qələbə qazanmaya bilməz"

“Biz titullar qazanmaq istəyirik.

Zəngin ənənələrə və tarixə malik olan “Neftçi” kimi titullu komanda qələbə qazanmaya bilməz.

Avrokuboklara vəsiqə qazanmaq istəyirik".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Neftçi"nin braziliyalı müdafiəçisi Yuri Matias ölkəsinin "GE" portalına açıqlamasında deyib.

O, fərdi olaraq yaxşı mövsüm keçirdiyini, ancaq "Neftçi"nin bundan artığını etməli olduğunu biildirib:

"Təəssüf ki, bu il avrokuboklardan kənarda qaldıq. Son turda uğursuzluğa düçar olduq.

Bizim kimi klub böyük yarışlarda iştirak etməlidir. Mən də mümkün qədər çox matçda oynamaq istəyirəm.

Fərdi olaraq mövsüm mənim üçün müsbət keçdi: 30-dan çox oyun keçirdim, 5 qol vurdum və 2 məhsuldar ötürmə verdim.

Konfrans Liqasında yaxşı komandalara qarşı oynadıq: bir mərhələni keçdik, amma sonra “Beşiktaş"a uduzduq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti