"Neftçi"dən çox pul istədi, danışıqlar "donduruldu" - SON DƏQİQƏ

2 İyul 2024 13:00 Neftçi 5 337
"Neftçi"dən çox pul istədi, danışıqlar "donduruldu" - SON DƏQİQƏ

«Neftçi» ilə Rinat Dadaşov arasında gedən danışıqlar «dalana dirənib».

Müqavilə ilə "Qrasshopper"ə məxsus olan hücumçu bakılıların dəvətini qəbul etməyib.

Tərəflər arasında fikir ayrılığı maliyyə şərtlərində yaranıb. Millimizin hücumçusu «ağ-qaralar»dan çox pul istəyib.

Söhbət illik olaraq təqribən 700 min dollara yaxın vəsaitdən gedir. Paytaxt təmsilçisi isə bu məbləğin yarısını ödəməyə hazırdır.

Renat Dadaşov ötən mövsüm icarə əsasında "Hatayspor"da çıxış edib.

O, Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 33 matçda 6 qolla yadda qalıb.

Maraq üçün bildirək ki, Dadaşov Azərbaycan millisində keçirdiyi 30 oyunda aktivinə 3 qol yazdıra bilib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”