2024/2025 mövsümü öncəsi transfer çalışmalarını davam etdirən “Neftçi” daha bir transferini rəsmiləşdirib.
Sportinfo.az xəbər verir ki, "ağ-qaralar" Azərbaycan millisinin üzvü Emil Səfərovla 3 illik müqavilə imzalayıb.
“Qəbələ”nin yetirməsi olan 21 yaşlı yarımmüdafiəçi 2021-ci ildən bu komandanın şərəfini qoruyub və 2023-cü ildə Azərbaycan Kubokunun qalibi olub.
O, yığmanın heyətində 4 oyunda meydana çıxıb.

