“Neftçi” “get” dedi, “Sabah”a mümkün transferindən danışdı: “Eşitmişəm ki...”

28 İyun 2024 23:00 Neftçi 3 867
“Neftçi” “get” dedi, “Sabah”a mümkün transferindən danışdı: “Eşitmişəm ki...”

Eddi İsrafilovun “Neftçi”li günləri başa çatdı.

Azərbaycan millisinin də şərəfini qoruyan yarımmüdafiəçi yeni iş yeri axtarışına başlayıb.

Dolaşan xəbərlərə görə İsrafilov karyerasını ölkəmizdə davam etdirəcək. Onunla “Sabah”ın yaxından maraqlanması haqda məlumat var.

Hətta tərəflər arasında ilk danışıqların bir neçə ay əvvəldən başladığı deyilir.

Səbəbkar Sportinfo.az-a bu mövzu ilə bağlı açıqlama verib:

“Menecerim təklifləri gözdən keçirməklə məşğuldur. Hazırda “Sabah” variant haqda heç bir məlumatım yoxdur.

Bu komandadakı dostlarımla danışanda “Sabah” barədə yalnız pozitiv şeylər eşitmişəm. Peşəkar səviyyədə idarə olunan klubdur. İndiki vəziyyətdə yalnız bunu deyə bilərəm”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 20:00 Çək və bizə göndər!
21 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:30 Həsrət DÇ-nin finalında!
21 Sentyabr 02:30 “Dinamo” kimi gözləyir?
21 Sentyabr 02:10 “Buna inanmaq lazımdır”