Roman Qriqorçuk bu futbolçunun "Neftçi"də qalmasına qərar verdi

28 İyun 2024 15:00 Neftçi 3 510
Roman Qriqorçuk bu futbolçunun "Neftçi"də qalmasına qərar verdi

Azər Salahlının gələcək karyerasına aydınlıq gəlib.

Milli komandamızın üzvü "Neftçi" ilə yollarını davam etdirəcək.

"Ağ qaralar" təcrübəli müdafiəçi ilə yeni anlaşma imzalayıb.

Müddət isə bir illik nəzərdə tutulub.

30 yaşlı futbolçu 2022-ci ildən paytaxt təmsilçisinin şərəfini qoruyur.

O, arxada qoyduğumuz mövsüm meydana çıxdığı 28 matçda 2 qol, 3 asistlə yadda qalıb.

Milli komandamızın üzvü "Neftçi"yə qədər "Qarabağ", "Şamaxı" və "Sumqayıt" klublarında çıxış edib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”