"Neftçi" azarkeşləri bu xəbərə sevinəcək - O, qayıdır?

29 İyun 2024 19:00 Neftçi 6 859
"Neftçi" azarkeşləri bu xəbərə sevinəcək - O, qayıdır?

"Neftçi" sabiq futbolçusunu geri qaytarmaq istəyir.

Söhbət 2020/22-ci illəri "ağ qaralar"da keçirmiş Sabir Buqrindən gedir.

Mərakeşli legioner hazırda "Raja Kasablanka" klubunda çıxış edir.

27 yaşlı yarımmüdafiəçi son mövsüm vətənində keçirdiyi 30 oyunda 2 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.

2020/2021-ci il mövsümündə paytaxt klubu ilə Azərbaycan çempionu olan Sabirin Tunisin "Esperans"a klubuna keçidindən "ağ qaralar" 300 min dollar gəlir əldə edib.

O, "Neftçi" formasında keçirdiyi 49 matçda 6 qol, 7 asistlə yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”