Tanınmış məşqçi "Neftçi" üçün Bakıya gəldi - SON DƏQİQƏ

26 İyun 2024 15:00 Neftçi 2 701
Tanınmış məşqçi "Neftçi" üçün Bakıya gəldi - SON DƏQİQƏ

"Neftçi"nin yeni baş məşqçisinin adına aydınlıq gəlib.

"Ağ qaralar" Roman Qriqarçukla anlaşıb.

Tanınmış mütəxəssis iki gündür Bakıdadır. Onunla bütün detallarda razılıq əldə olunub.

59 yaşlı çalışdırıcı ilə uzunmüddətli müqavilə imzalanacaq.

Qriqorçuka 2015 - 2018-ci illərdə "Qəbələ"də çalışıb. O, bölgə klubu ilə 2015/2016 və 2016/2017 mövsümlərində Avropa Liqasının qrup mərhələsinə qədər yüksəlib.

Ukrayna mətbuatı Roman Qriqorçukun "Neftçi"yə keçəcəyindən yazarkən, onun hələ də baş məşqçisi olduğu "Çernomorets"in ilk yay təlim-məşq toplanışında iştirak etmədiyini də xüsusi vurğulayıb.

“Sport.ua” ukraynalı mütəxəssisin Bakı klubu ilə anlaşdığını da iddia edib:

"İyunun 25-də Savinyondakı klubun bazasında keçirilən ilk məşqdə Odessa klubu ilə müqaviləsi iyunun 30-da başa çatacaq baş məşqçi Roman Qriqorçuk iştirak etmirdi.

Onun ən yaxın köməkçisi, "Çernomorets"də ilk işlədiyi vaxtdan Qriqorçukla birlikdə olan Mixail Savka da məşqdə yox idi.

Qriqorçukun olmaması iki səbəblə bağlıdır. Onlardan biri “Çernomorets”lə müqavilənin mümkün uzadılması məsələlərinə, digəri isə Azərbaycanın ən məşhur klubu olan “Neftçi”nin sükanı arxasına keçmək təklifinin alınmasıdır.

Roman Qriqorçukun hansı klubu çalışdıracağı yaxın vaxtlarda məlum olacaq”.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti