"Neftçi"dən ayrıldı - Karyerasını bu klubda davam etdirəcək

26 İyun 2024 01:50 Neftçi 1 579
"Neftçi"dən ayrıldı - Karyerasını bu klubda davam etdirəcək

"Neftçi"dən ayrılan Reziuan Mirzovun yeni klubu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, 31 yaşlı vinger karyerasını Rusiyada davam etdirəcək.

Rus futbolçu "Ximki"yə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Təcrübəli ön xətt oyunçusu ilə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

Reziuan Mirzov 2023/2024 mövsümündə "Neftçi"də çıxış edib. O, "ağ-qaralar"ın heyətində meydana çıxdığı 25 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”