"Neftçi”dən istədiyini ala bilmədi, aranı qatdı - ÜÇ GİZLİ MƏQAM

25 İyun 2024 16:40 Neftçi 2 167
"Neftçi”dən istədiyini ala bilmədi, aranı qatdı - ÜÇ GİZLİ MƏQAM

Xəbər verdiyimiz kimi, dünən Eddi İsrafilov “Neftçi” ilə yollarını ayırıb.

2022-ci ilin yanvarından ağ-qara formanı geyinən millinin oyunçusu ilə yeni müqavilə imzalanmayıb.

Yarımmüdafiəçi bununla bağlı şəxsi instaqram hesabında paylaşım edib.

“Salam, “Neftçi” ailəsi! Mən sizinlə tam fərqli sağollaşmaq istəyərdim, bu klubda çoxlu mehriban işçilər vardı. Amma klubun zəif idarəçiliyi və həmişə addımların gec atılması səbəbindən bunu belə etməliyəm!

Mənə və ailəmə bəxş etdiyiniz bütün sevgiyə görə sizə təşəkkür edirəm, sizi hər zaman ürəyimdə daşıyacam. Bu formanı geyindiyim və bu komandanın kapitanlarından biri olduğum üçün fəxr edirəm.

Gələcəkdə sizə uğurlar arzulayıram. Əziz azarkeşlər, bu insanlara heç vaxt klubda istədiklərini etməyə imkan verməyin,

unutmayın ki, siz klubun özüsünüz, siz komandanın DNT-sisiniz və bu klubun əsl motoru sizsiniz! Hamınızı bağrıma basıram. Bir daha “Forza Neftçi”!” - paylaşımda qeyd olunub.

Atası anqolalı, anası azərbaycanlı (İradə İsrafilova) Eddi doğrumu söyləyir? Müəyyən qədər araşdırma apardıq və bizə məlum oldu ki…
İsrafilov həqiqətin gözünün içinə dik baxa bilməz.

Onun iddialarının yanlışlığını sübuta yetirəcək bir neçə faktı təqdim edirik:

BİRİNCİ: Yanvarda «Neftçi» tərəfindən ona yaşı (32) nəzərə alınaraq, 1+1 kontrakt təklif olunub. Eddi bu müqaviləni imzalamaqdan boyun qaçırıb və 2 illk sözləşmə tələb edib. Bir müddət keçəndən sonra özü klubdan 1 illik kontrakt istəyib. Bu zaman isə bakılılar gözləməyi məsləhət görüb. Futbolçunun diqqətinə çatdırılb ki, sezonun yekununa əsasən, təklif irəli sürüləcək.

İKİNCİ: O, 1.5 ay ərzində digər oyunçulardan fərqli olaraq, hər oyunöncəsi kontrakt yeniləməsi haqda məsələ qaldırıb. . Elə həmin vaxtda da “Sabah”la danışıqlar aparmağa cəhd göstərsə də, heç bir irəlləyuşə nail olmayıb. Bu kimi hallar isə onun barədə fikirlərin dəyişməsinə, nüfuzuna xələl gətirməyə bilməzdi.

ÜÇÜNCÜ: Milli iyunun əvvəlində Macarıstan səfərinə yollandı. Albaniya və Qazaxıstanla yoxlama görüşləri keçirildi. Baş məşqçi vəzifəsini müvəqqəti yerinə yetirən Arif Əsədov bu qafilədə Eddi İsrafilovu da görmək istəyirdi. Adı siyahıya salınan orta sahə oyunçusu isə son anda ölkənin bir nömrəli komandasına qoşulmaqdan imtina elədi. Ayağından zədə almasını bəhanə gətirərək.

Bax belə…

«Neftçi» üçün uğursuz bitən sezonun sonunda onunla müqaviləni uzadılmayacağını bilən Eddi incikliyini indi bu cür nümayiş etdirir.

Yuxarıdakı faktlardan isə aydın olur ki, yarımmüdafiəçinin klubdan şikayətlənməyə heç bir əsası, haqqı yoxdur və o, şəxsi maraqlarına görə azarkeşləri rəhbərliyin üzərinə qaldırır, aranı qatmağa səy göstərir.

Təəssüflər olsun…

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti