"Neftçi"də yeni direktora bu səlahiyyətlər verildi

24 İyun 2024 14:00 Neftçi 2 704
"Neftçi"də yeni direktora bu səlahiyyətlər verildi

«Neftçi»nin yeni baş icraçı direktoru Ceng Sümer sabah Azərbaycana gələcək.

Sabiq «Beşiktaş»lı Bakıda SOCAR yönəticiləri, həmçinin klubun Müşahidə Şurasının üzvləri ilə bir araya gələcək.

Bu görüşmələr, belə demək olarsa, tanışlıq xarakteri daşıyacaq. Türkiyəli funksionerin səlahiyyətləri isə onunla əvvəlcədən razılaşdırılıb.

Sümer əsas komanda ilə bağlı heç bir məsələyə qarışmayacaq. Baş məşqçi və transfer kimi işlərə müdaxilə etməyəcək.

Onun fəaliyyət sahəsi əsasən təşkilati yöndə olacaq. Həmçinin kluba ayrılan büdcənin hara və necə xərclənməsinə nəzarət edəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”