COP29

"Neftçi"dən yeni TRANSFER ƏMƏLİYYATI – Bu dəfə…

22 İyun 09:20 Neftçi 6 530
"Neftçi"dən yeni TRANSFER ƏMƏLİYYATI – Bu dəfə…

"Beşiktaş"ın yarımmüdafiəçisi Ajdin Hasiç karyerasını Azərbaycanda davam etdirə bilər.

22 yaşlı legionerin xidmətində "Neftçi" maraqlıdır.

"Ağ qaralar" artıq Türkiyə nəhəngi ilə danışıqlara start verib.

Ajdin Zaqreb "Dinamo"sunun yetirməsidir.

2020-ci ildən "Beşiktaş"a məxsusdur.

İstanbul nəhəngində cəmi 13 oyun keçirən orta sahə oyunçusu 2 qolla yadda qalıb.

Bosniya Herseqovinalı futbolçu son 5 mövsümdə 3 kluba icarəyə verilib.

Türkiyədə "Göztəpə" və "Ümraniyəspor", vətənində isə "Sarayeva" onun xidmətindən istifadə edib.

O, başa çatan mövsüm "Sarayeva" formasında 33 oyun keçirib və 9 qol, 6 qol ötürməsi ilə yadda qalıb.

Ölkəsinin bütün aşağı yaş qruplarında oynamış Ajdin əsas milliyə dəvət olunsa da debüt etmək fürsəti olmayıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti