"Neftçi"də Qara Qarayevlə bağlı GÖZLƏNİLMƏZ QƏRAR

21 İyun 2024 23:40 Neftçi 14 476
"Neftçi"də Qara Qarayevlə bağlı GÖZLƏNİLMƏZ QƏRAR

"Neftçi" Eddi İsrafilovdan sonra daha bir orta sahə oyunçusu ilə yolları ayıra bilər.

Söhbət ötən yay "Qarabağ"dan böyük ümidlərlə transfer edilən Qara Qarayevdən gedir.

31 yaşlı futbolçu klubun gələcək planlarına daxil deyil.

Ümumiyyətlə, "ağ qaralar" yay fasiləsində bir sıra yaşlı oyunçuları göndərmək barədə düşünür.

Onların sırasında millimizin sabiq üzvü də yer alıb.

Amma Eddidən fərqli olaraq Qarayevin göndərilməsi üçün klub futbolçu ilə mütləq dil tapmalıdır.

Çünki yarımmüdafiəçinin "Neftçi" ilə gələn ilin yayına kimi müqaviləsi var.

Belədə təzminat ödənilməsi mütləqdir.

Qara "Qarabağ"ın yetirməsidir.

O, 18 ilə Ağdam təmsilçisində forma geyinib.

Və ötən yay əzəli rəqibə keçmək barədə qərar verib.

Azərbaycan millisində 76 matç keçirmiş təcrübəli futbolçu arxada qalan mövsüm "Neftçi" formasında meydana çıxdığı 28 matçda 1 qol, 2 asistlə yadda qalıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 20:00 Çək və bizə göndər!
19 Oktyabr 18:10 Mahirə ehtiyac duymadılar
19 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 03:20 "Quba" ilə bacarmadılar