“Burada yeni gələn baş məşqçiyə işləmək üçün azı 3 il vaxt verilməlidir”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin sabiq çalışdırıcısı Miodraq Bojoviç deyib.
Monteneqrolu mütəxəssis ötən ilin dekabrında Adrian Mutunu əvəzləyib. Həmin vaxt onunla 6 ay+1 illik müqavilə imzalanıb.
Balkanlı çalışdırıcı mayın sonunda görəvdən alınıb. Səbəb komandanın son 7 ildə ilk dəfə avrokuboklara vəsiqə qazana bilməməsidir.
Belə ki, “ağ-qaralar” ölkə kuboku ilə yarımfinal mərhələsində vidalaşıbsa, Premyer Liqada 5-ci pilləni tutub.
Bojoviç 6 aylıq “Neftçi” keçmişi haqda qısaca olaraq bunları söyləyib:
“Heç bir məşqçi 1 ilə nəticə verə bilməz. Ən yaxşı halda ikinci ilində nəsə edər.
Amma söhbət “Qarabağ”la baş-başa mübarizə aparmaqdan gedirsə, azı 3 il lazımdır. Başqa cür nəsə etmək çox müşkül məsələdir.
“Neftçi”də çalışmaq mənə böyük təcrübə verdi. Azərbaycan gözəl ölkədir,
Bakı möhtəşəm şəhərdir, insanları isə inanılmaz dərəcədə mükəmməldirlər. Bunları hər yerdə deyirəm”.