COP29

"Neftçi"də ötən yayın havası var - Sərgən Yalçın və daha kimlər?

21 İyun 22:20 Neftçi 2 496
"Neftçi"də ötən yayın havası var - Sərgən Yalçın və daha kimlər?

"Neftçi"nin yeni rəhbərliyə həvalə olunacağı gün kimi aydındır.

Amma təfəkkür yerində qalacaq.

Hər halda, hazırda klubda gedən proseslər belə düşünməyə əsas verir.

Rəsmilər ötən yaya qayıdıb.

Səhvlərdən nəticə çıxarmağa yox, olduğu yerdən davam etməyə.

Boş qalan baş məşqçi postuna namizədlərdən söhbət gedir.

Burada bütün adlar tanış simalardı.

Siyahının başında türkiyəli Sərgən Yalçın gəlir.

Davamında isə ukraynalı Roman Qriqarçuk və belaruslu Viktor Qonaçeronko gəlir.

Ötən yay da yuxarıdakı adlarla təmas olmuş, lakin sonda Adrian Mutunun məşhurluğu önə keçmişdi.

Əslində sonuncu iki namizəd kifayət qədər müsbət imicləri olan mütəxəssislərdir.

Lakin nədənsə günü bu gün də əsas proritet Sərgən Yalçının bura gətirilməsidir.

Yalnız 50 yaşlı mütəxəssisin yüksək maaş tələbi "ağ qaralar"ı digər variantlara qaytara biləcək yeganə səbəb ola bilər.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti