COP29

Bir ayağı “Neftçi”də olan məşhur persona “Sportinfo“ya açıqladı: “Hər şey gözəl olacaq”

21 İyun 11:40 Neftçi 2 124
Bir ayağı “Neftçi”də olan məşhur persona “Sportinfo“ya açıqladı: “Hər şey gözəl olacaq”

“Neftçi”nin yeni baş icraçı direktoruna qovuşmasına sayılı günlər qalıb.

Böyük möcüzə baş verməsə, bu posta Cenk Sümer gətiriləcək.

Zamanında “Beşiktaş”ın rəhbərliyində də yer almış, qurduğu heyətlə, etdiyi transferlərlə İstanbul klubunun 2021-ci ildəki çempionluğunda böyük pay sahibi olan Sümer “Sportinfo TV“nin aparıcı-eksperti Elçin Cəfərova önəmli açıqlamalar verib.

Azərbaycan xalqını və “Neftçi” camiəsini Qurban bayram münasibətilə təbrik edən funksioner iyunun 25-də Bakıya gələcəyini açıqlayıb.

Danışıqların uğurlu olacağına şübhə bəsləməyən müsahib “Neftçi” üçün əlindən gələni edəcəyini və onu yenidən şöhrətli günlərinə qaytara biləcəyinə inandığını bildirib.

C.Sümer fikrini bir cümlə ilə belə tamamlayıb: “Hər şey gözəl olacaq”.

Digər Xəbərlər
Xəbər Lenti