COP29

Bu legioner "Neftçi"dən ayrıldı, yeni klubu ilə anlaşdı

20 İyun 23:20 Neftçi 2 497
Bu legioner "Neftçi"dən ayrıldı, yeni klubu ilə anlaşdı

"Neftçi" ilə müqaviləsi başa çatan Reziuan Mirzovun yeni klubu məlum olub.

Sportinfo.az xəbər verir ki, rus vinger karyerasını ölkəsində davam etdirəcək.

Bu barədə "Championat.com" saytı məlumat yayıb.

30 yaşlı futbolçu Rusiya Premyer Liqasına vəsiqə qazanan "Ximki" ilə anlaşıb. Təcrübəli oyunçu Moskva təmsilçisi üçün tibbi müayinədən keçib.

Onunla rəsmi müqavilə imzalanacaq.

Reziuan Mirzov 2023/2024 mövsümündə "Neftçi"də çıxış edib. Rusiya millisinin sabiq üzvü "ağ-qaralar"ın heyətində meydana çıxdığı 25 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti