COP29

ŞOK! “Neftçi”dən uzaqlaşdırıldı, “bu futbolçular getməlidir” AÇIQLAMASI VERDİ

20 İyun 21:20 Neftçi 4 987
ŞOK! “Neftçi”dən uzaqlaşdırıldı, “bu futbolçular getməlidir” AÇIQLAMASI VERDİ

“Heyəti dəyişmək mütləqdir, xüsusən də legionerləri.

“Neftçi”nin səviyyəsinə və ruhuna uyğun əcnəbilər cəlb olunmalıdır”.

“Neftçi”nin sabiq baş məşqçisi Miodraq Bojoviç Sportinfo.az-a verdiyi açıqlamalarla diqqət çəkib.

Yanvardan maya qədər “ağ-qaralar”ı çalışdıran monteneqrolu mütəxəssisin qarşısına ölkə kubokunu qazanmaq və Premyer Liqanı gümüş medallarla baş vurmaq tələbi qoyulmuşdu.

O, tapşırığın öhdəsindən gələ bilmədiyindən başa çatan müqavilə yenilənmədi.

Maraqlıdır, “Neftçi”ni dirçəltmək üçün nə etmək lazımdır? “Qarabağ”la sona qədər çempionluq mübarizəsi aparmaq üçün hansı dəyişikliklərə əl atmaq vacibdir?

Bojoviç bir neçə məqamı vurğulayıb:

“Yerlilərin arasında yaşı çox olanlar var. Hansı ki, onlar öz dünyalarında karyeralarını başa vurublar.

Söhbətin kimlərdən getdiyi məlumdur. İlk növbədə heyətlə bağlı problemlər aradan qaldırılmalıdır".

Bojoviç 10 il çalışdığı Rusiyada “Rostov”la ölkə kubokunu qazanıb, “Amkar” onun rəhbərliyi altında klub tarixində ilk dəfə Avropa Liqasında mübarizə aparıb, “Srvena Zvezda”nı Serbiya çempionu edib.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti