"Neftçi"də ŞOK GƏLİŞMƏ! Verilən qərar bir anın içində dəyişdi və… SON DƏQİQƏ

20 İyun 2024 17:40 Neftçi 6 057
"Neftçi"də ŞOK GƏLİŞMƏ! Verilən qərar bir anın içində dəyişdi və… SON DƏQİQƏ

«Neftçi»də nisbi sakitlik hökm sürür. Demək olar 3 aya yaxındır ki, burada durğunluq yaranıb.

Rövşən Nəcəfin aprelin 2-də AFFA-nın prezidenti seçilməsindən bəri Müşahidə Şurasının sədri postu boş qalıb.

Klubdan gələn son məlumatlar də çox maraqlı və müəmmalıdır.

Bilginiz olsun ki, Murad Heydərov Rövşən Nəcəfdən boşalan kürsüyə əyləşə bilməyəcək. Onun təyinatı ən axırıncı məqamda «süzgəc»dən keçməyib.

«SOCAR Balkani»nin icraçı direktorunun «Neftçi»də işə başlaması an məsələsi idi.

Heydərovun özü də yaxın çevrəsiylə söhbətlərdə bu xəbəri təsdiqləmiş, burada ciddi islahatlar aparacağını, mühüm layihələrinin olduğunu demişdi.

O, hələ 2 həftə öncə işçi komandasını formalaşdırmaq üçün qollarını çırmalamışdı və gözləyirdi ki, təyinatı rəsmi surətdə ictimaiyyətə açıqlansın.

Lakin… Ümumi məsləhətləşmədən sonra bu məsələ gündəlikdən çıxarılıb.

Səbəbi? Bunu nə biz bilirik, nə də klubda çalışanlar.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti