"Neftçi" rəhbərliyi türkiyəli funksionerin ilk istəyinə "YOX" DEDİ

20 İyun 2024 22:20 Neftçi 3 950
"Neftçi" rəhbərliyi türkiyəli funksionerin ilk istəyinə "YOX" DEDİ

Xəbər verdiyimiz kimi, türkiyəli funksioner Cenk Sünər "Neftçi"də yüksək vəzifəyə gətirilib.

Yaxın günlərdə sabiq "Beşiktaş"lının təyinatı ictimaiyyətə açıqlanacaq.

Türkiyəlinin "ağ qaralar"da əsas işi transfer çalışmalarına nəzarət etmək olacaq.

O, artıq indidən işə başlayıb.

Belə ki, yeni klub rəsmisi boş qalan baş məşqçi postuna "Beşiktaş"dan yaxşı tanıdığı Murat Şahinin gətirilməsini təklif edib.

Amma onun bu istəyi isti qarşılanmayıb.

Hətta müzakirəyə çıxarılmadan geri çevrilib.

48 yaşlı M.Şahin indiyədək baş məşqçi olaraq sərbəst çalışmayıb. Türkiyədə Sergen Yalçının əsas yardımçısı kimi tanınıb.

Keçmiş qapıçı indiyədək “Eyüpspor”, “Qaziantepspor”, “Sivasspor”, “Kayserispor”, “Eskişehirspor”, “Konyaspor”, “Alanyaspor”, “Yeni Malatyaspor” və “Beşiktaş”da fəaliyyət göstərib.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti