SON DƏQİQƏ: "Neftçi" sabiq futbolçusunu geri qaytarır

19 İyun 2024 22:30 Neftçi 6 632
SON DƏQİQƏ: "Neftçi" sabiq futbolçusunu geri qaytarır

Aqil Məmmədovun karyerasını başa vurması və İvan Brkiçlə yolların ayrılmasına qərar verilməsindən sonra "Neftçi" qapı mövqeyi ilə bağlı yaranacaq boşluğu Səlahət Ağayevlə doldurmaq istəyir.

Artıq tərəflər arasında ilkin danışıqlar start götürüb.

"Səbail"dən ayrılan çərçivə qoruyucusu hazırda azad agentdir.

Təcrübəli futbolçunun xidmətində "Turan Tovuz" da maraqlıdır.

Amma 33 yaşlı oyunçunun yüksək maaş tələbi onun bölgə klubuna keçidini əngəlləyir.

Səlahət 2017-21-ci illər arasında "Neftçi" formasını geyinib. O, bu müddətdə 70 matça çıxıb.

Milli komandamızın üzvü "Səbail" və "Neftçi"dən başqa "Sabah", "Qəbələ", MOİK, "Sumqayıt" və "İnter" (indiki "Şamaxı") klublarının da şərəfini qoruyub.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”