COP29

“Neftçi”nin yeni baş məşqçisinin adı bilindi? – SON DƏQİQƏ

18 İyun 17:20 Neftçi 14 378
“Neftçi”nin yeni baş məşqçisinin adı bilindi? – SON DƏQİQƏ

“Neftçi”nin yeni baş məşqçisi Murat Şahin ola bilər.

Bu barədə redaksiyamıza son dəqiqə informasiyası daxil olub.

Verilən məlumata görə, mayın sonunda Miodraq Bojoviçlə vidalaşan Bakı təmsilçisi türkiyəli mütəxəssislə danışıqlar aparır.

Onun namizədliyi Ceng Süner tərəfindən irəli sürülüb.

“Neftçi”nin baş icraçı direktoru postunu tutması gözlənilən türkiyəli funksioner “Beşiktaş”dan yaxşı tanıdğı Murat Şahini “ağ-qaralar”ın rəhbərliyinə təklif eləyib.

O, adını çəkdiyimiz məşqçinin “Neftçi”ni iddialı hala gətirəcəyinə, çempionluq uğrunda rəqabətə hazırlaya biləcəyinə dair zəmanət verib.

48 yaşlı M.Şahin indiyədək baş məşqçi olaraq sərbəst çalışmayıb. Türkiyədə Sergen Yalçının əsas yardımçısı kimi tanınıb.

Keçmiş qapıçı indiyədək “Eyüpspor”, “Qaziantepspor”, “Sivasspor”, “Kayserispor”, “Eskişehirspor”, “Konyaspor”, “Alanyaspor”, “Yeni Malatyaspor” və “Beşiktaş”da fəaliyyət göstərib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti