COP29

İstanbul nəhəngini "Neftçi"yə dəyişir - SON DƏQİQƏ

17 İyun 18:35 Neftçi 6 961
İstanbul nəhəngini "Neftçi"yə dəyişir - SON DƏQİQƏ

"Neftçi"də idman direktoru Yans Anderssondan sonra daha bir əcnəbi yüksək posta təyinat ala bilər.

Bu barədə hələ həftələr əvvəl sizə məlumat vermişdik ki, türkiyəli funksionerin Bakı təmsilçisinə gəlməsi an məsələsidir.

Artıq həmin şəxsin kimliyi də bizə məlumdur.

Söhbət Cenk Sümərdən gedir.

O, daha çox "Beşiktaş" klubundakı fəaliyyəti ilə məşhurluq tapıb.

Yaxın günlərdə Sünərin paytaxtımıza gəlib, anlaşmaya imza atacağı gözlənilir.

Türkiyəli funksionerin əsas işi klubun transfer fəaliyyətinə nəzarət etmək olacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti