Eddinin “Neftçi”dən “Sabah”a transferi niyə yubanır?

14 İyun 2024 21:20 Neftçi 2 246
Eddinin “Neftçi”dən “Sabah”a transferi niyə yubanır?

“Sabah”ın Eddi İsrafilovu transfer etmək planı bu gedişlə həyata keçməyəcək.

Buna səbəb təcrübəli yarımmüdafiəçinin günü günə satmasıdır.

Çempionat başa çatmamışdan əvvəl “Sabah” rəsmiləri Eddiylə təmasa keçib. Klubun şərtləri təklif olunub, futbolçunun fikirləri dinlənilib, böyük ölçüdə anlaşma əldə olunub. Sonuncu turdan sonra müqavilə bağlanmalıymış.

“Neftçi”nin “Sabah”a üzücü məğlubiyyətindən sonra İsrafilov düşünmək üçün vaxt istəyərək İspaniyaya yola düşüb.

Sonradan “Neftçi”ylə yeni müqavilə bağlamaq variantının olduğunu bildirib, vaxta ehtiyac duyduğunu deyib. Klubdan ona səbrli olmaq tapşırılıb.

“Sabah” keçidin yubanacağını göz önünə alaraq transferdən vaz keçib. “Tələbələr” yaxın günlərdə təlim-məşq toplanışına başlamalıdır, Eddi isə hələ də gözləmə mövqeyindədir.

“Neftçi”dən ona qapını göstərən olmasa, çox güman karyerasını burada davam etdirəcək. Milli üzvü karyerasının son illərini ağ-qara formada keçirməkdə maraqlıdır.

31 yaşlı futbolçu 2022-ci ilin yanvarından “Neftçi”nin şərəfini qoruyur.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 18:10 Çək və bizə göndər!
27 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
27 Oktyabr 08:20 AFFA seminar təşkil etdi
27 Oktyabr 03:40 Şəkidə “D” aldılar
27 Oktyabr 03:10 Onlar da qazandı!
27 Oktyabr 03:00 Sevgilisi soyundu - FOTOLAR