COP29

"Neftçi" ilə yollarımızı ayırdıq, buradan təklif gəldi, qəbul etdim"

6 İyun 23:20 Neftçi 1 547
"Neftçi" ilə yollarımızı ayırdıq, buradan təklif gəldi, qəbul etdim"

@Ümid edirəm ki, daha öncə olduğu kimi, bundan sonra da basketbolun inkişafı üçün əlimdən gələnin ən yaxşısını edəcəm@.

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında Azərbaycan Basketbol Federasiyasının (ABF) yeni icraçı vitse-prezidenti Fərrux Mahmudov deyib.

Funksioner ABF-yə təyinatından danışıb:

"Neftçi" futbol klubu ilə qarşılıqlı razılaşma əsasında yollarımızı ayırdıq. Daha sonra Azərbaycan Basketbol Federasiyasının rəhbərliyi tərəfindən təklif gəldi və bunu qəbul etdim".

F.Mahmudov qurumdakı hədəflərindən söz açıb: "Əsas hədəf Azərbaycan Basketbol Liqasının oyunlarını daha da baxımlı etmək və uşaq basketbolunun inkişafını yüksəltməkdir".

Vitse-prezident qurumda dünən baş tutan iclasa da toxunub:

"Toplantıda Azərbaycan Basketbol Liqasının legioner limiti və komandaların sayı ilə bağlı fikirlər müzakirə olundu.

Bu iclasda heç bir qərarın qəbulu nəzərdə tutulmamışdı, məqsəd klubların fikirlərini öyrənmək idi. Qarşıdakı günlərdə yekun qərarlar basketbol ictimaiyyətinə təqdim olunacaq".

O, son olaraq Azərbaycanda bu idman növünün inkişafı istiqamətində görülməli olan işlərdən danışıb/

"Ən önəmli addımlardan biri uşaq basketbolçuların inkişafını əsas tutaraq, onların təməl məşqlərini peşəkar şəkildə təşkil etmək və çempionatın səviyyəsini ildən-ilə artırmaqdır.

Çünki onlar qarşıdakı illərdə müxtəlif yaş qrupları və əsas millinin heyətində Azərbaycan basketbolunu beynəlxalq arenada təmsil edəcəklər".

Digər Xəbərlər
Xəbər Lenti