“Neftçi”dəki yerli məşqçilərə nə deyiblər?

6 İyun 2024 20:40 Neftçi 3 228
“Neftçi”dəki yerli məşqçilərə nə deyiblər?

“Neftçi”nin mövsümü uğursuz başa vurması baş məşqçi ayrılığı ilə nəticələndi.

Miodraq Bojoviçlə başa çatan müqavilə yenilənmədi.

Monteneqrolu çalışdırıcı köməkçiləri ilə birlikdə Azərbaycanı tərk etdi.

Maraqlıdır, Bojoviçin dönəmində məşqçilər heyətində yer alan azərbaycanlı məşqçilərin taleyi necə olacaq? Onlarla da yollar ayrılıb, yoxsa...?

Klubdan əldə etdiyimiz bilgiyə görə, hər iki mütəxəssis gözləmə mövqeyindədir. Sənan Qurbanovun “ağ-qaralar”la müqaviləsi daha 1 il qüvvədədir.

Emil Babayev isə klub rəhbərliyinin yeni məşqçilər korpusunda görmək istədiyi simadır.

Babayevin məşqçi bacarığı və insani keyfiyyətləri başbilənləri razı salır. Onunla yeni sözləşmə nəzərdə tutulub.

Lakin son sözü yeni təyin olacaq baş məşqçi deyəcək. Mümkündür ki, “Neftçi”nin gələcək baş məşqçisi öz heyəti ilə gəlsin və sərəncamında yerli məşqçilərə ehtiyac duymadığını bildirsin.

Bu, o qədər inandırıcı görünməsə də, ehtimal variantdır. Real olan mənzərə Babayevlə Qurbanovun “Neftçi”də qalacağıdır.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti