"Neftçi"nin yeni baş məşqçisi ilə bağlı SON MƏLUMAT

3 İyun 2024 16:00 Neftçi 9 282
"Neftçi"nin yeni baş məşqçisi ilə bağlı SON MƏLUMAT

«Neftçi»nin Müşahidə Şurasının üzvləri idman direktoru Yens Anderssona yeni səlahiyyət verib.

Komandanın tapşırılacağı baş məşqçini indi o, seçəcək.

Şuradan təlimat alan isveçli funksioner artıq bu yöndə fəaliyyətə başlayıb.

Ötən ilin sentyabrından bəri görəvdə olan skandinaviyalı idarəçi tezliklə öz namizədini şuraya təqdim etməlidir. Hər halda Anderssona bunun üçün 1 həftə vaxt tanınıb.

«Ağ-qaralar» sonuncu olaraq Miodraq Bojoviç çalışdırıb. Monteneqrolu mütəxəssis mayın sonunda istefaya göndərilib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti