“Haqq yoluna gəlin” – “Neftçi” rəhbərliyinə sərt ismarıc göndərdi

1 İyun 2024 12:14 Neftçi 496
“Haqq yoluna gəlin” – “Neftçi” rəhbərliyinə sərt ismarıc göndərdi

“Neftçi”də baş verən proseslər azarkeşlərin ciddi narahatlığına səbəb olub.

Paytaxt təmsilçisinin mövsümü 5-ci pillədə başa vurub avrokuboklardan kənarda qalması klubda ciddi islahatların aparılacağına işarədir.

Hər il gördüyümüz ssenaridir. Mövsüm başa çatıb, istefalar gerçəkləşir, lakin yeniliklər yoxdur. “Neftçi” faktiki rəhbərsiz və baş məşqçisizdir. Elə azarkeşləri narahat edən də bu məqamdır.

Klubun stajlı fanatlarından olan Fazil Dadaşov azarkeşlərə aid sosial şəbəkə qrupunda maraqlı yazı ilə diqqət çəkib:

"Neftçi"də qeyri-müəyyənlik davam edir. Artıq bir həftədir çempionat bitib, klubun rəhbəri və baş məşqçisi yoxdur. Amma mətbuatda və sosial şəbəkələrdə yazılanlara inansaq, çox əcaib bir hal görürük.

Futbolçular göndərilir, futbolçu alınır. Belə nonsenslərə Azərbaycan futbolunda yalnız "Neftçi" klubunun idarəçiliyində yer tutan naşı-savadsız adamlar imza atmağı bacarır. Baş məşqçi göndərildi, baş icraçi direktor göndərildi. Yeni rəhbərin adı hallanır.

Ancaq bu yeni rəhbər haradadır? Haradasan, ay yeni rəhbər? Nə üçün üzə çıxmırsan?

Pərdə arxasından əmr vermək, futbolçu yola salıb-gətirmək, islahatlar aparmaq, peşəkar klubun adına həç bir şəkildə yaraşmır.

İndi də mətbuatda yazılır ki, "Neftçi"mizə "məşqçi kimi dünya kuboklarını qazanmış, çalışdığı klublarda AL və ÇL-də dəfələrlə kuboklar əldə edən məşqçilər arasında "ulduz" olan Adrian Mutunu, "Neftçi"yə min bir minnətlə razı salıb gətirə bilən, futbol dünyasında bütün futbolçuların, məşqcilərin, klubların ən böyük arzuları birlikdə çalışmaq istədikləri şəxs- bizim məşhur FİFA lisenziyalı menecer Kamil Məmmədov"un klubda qalıb işinə davam etməsinə qərar verilib.

Kim verib bu qərarı? Bu qərarı verən gizli-yeni rəhbər, bərbad çempionatmızda "Neftçi"yə sırıdıgı leş, keyfiyyətsiz futbolçularla 5-ci yeri tutan "Neftçi"nın ən baş seleksiyaçısının bu "uğurlu" nəticəsini görmürmü əcaba?

Nədir bu zillət, nədir bu rəzalət? "Neftçi"ni nə zamana qədər utandıracaqsınız, nə zamana qədər bataqlıqdan çıxmasına mane olacaqsınız?

Nə zaman Kamil Məmmədovun sehirli çubugu qarşısında əyiləcəksiniz, sınacaqsınız, kənara çəkilib ona klubun, xalqın komandasının inkişafı üçün, ayağa qalxmagı üçün, dövlət büdcəsindən ayrılan 10 milyonlarla valyutanın, yenidən leş futbolçuları şişirdilmiş qiymətlərlə kluba soxuşdurulması ilə havaya sovrulmasına göz yumacaqsınız, hə?

Yəqin düşünürsünüz ki, bunun hesabatını sizdən tələb edən olmayacaq. Yanılırsınız, cənablar.

Çox yanılırsınız. Olacaq, mütləq olacaq.

Biz azarkeşlər, "Neftçi"mizin başına açılan bu hoqqalara görə hesabat verməyinizi həyata keçirəcəyik. Nə qədər gec deyil haqq yoluna gəlin”.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti