“Neftçi”dəki əsas adam bu sözləri ilə qıcıqlandırdı

1 İyun 2024 23:20 Neftçi 1 665
“Neftçi”dəki əsas adam bu sözləri ilə qıcıqlandırdı

“Neftçi” PFK-nın baş icraçı direktoru vəzifəsində sonuncu günümdür. Klub ilə qarşılıqlı razılıq əsasında yollarımızı ayırdıq”.

“Neftçi”nin baş icraçı direktoru Fərrux Mahmudov sosial şəbəkə hesabında etdiyi paylaşıma bu sözlərlə başlayıb.

Ötən ilin yayından klubda əsas fiqura çevrilən Mahmudovun buradakı fəaliyyəti 1 il çəkmədi. Klubda işlər düzgün qurulmadı, komanda mövsümü 5-ci pillədə başa vurmaqla uğursuzluq yaşadı.

Fərrux bəy ayrılsa da, “Neftçi”də olduğu müddətdə böyük işlər gördüyünü bildirib:

“Bu şərəfli, eyni zamanda məsuliyyətli yolun bir parçası olmaqdan qürur duyuram.

Bu müddət ərzində qarşıya qoyulan məqsədlərin hamısını reallaşdıra bilməsək də, əsaslı və perspektivli işlərə imza atdıq. Göz qabağında olmayan bu işlərlə böyük bir dövrün, böyük bir dəyişikliyin təməlini qoyduq.

Hər kəsə - komanda yoldaşlarıma, futbolçulara, həmkarlara, azarkeşlərə təşəkkürümü bildirir, “Neftçi”yə uğurlar, layiq olduğu yerlər və parlaq nailiyyətlər arzu edirəm”.

Sabiq rəhbərin böyük dəyişikliyin təməlini qoyması ilə bağlı ifadəsi sosial şəbəkə istifadəçilərinin ciddi etirazına və narazılığına səbəb olub.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti