“Uğurun təməli getdiyin yolu bilməyindədir”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin sabiq vitse-prezidenti Tahir Süleymanov deyib.
O, “komandanın çempionatı 5-ci yerdə bitirməsinə təəccübləndinizmi” sualına cavabında bunları söyləyib:
“İllərdir təhlillər edib nəyin necə baş verəcəyini bildiririk. Futbolu bilməklə yanaşı, idarəçilik qabiliyyətinin, nüfuzun, qətiyyətin olması çox vacibdir.
Hər kəs öz bacardığı işlə məşğul olmalıdır!”.

