"Neftçi"də baş məşqçi Miodraq Bojoviçin göndərilməsindən sonra növbə rəsmi şəxslərə çatıb.
Artıq klubun icraçı direktoru Fərrux Mahmudovla da rəsmi olaraq yollar ayrılıb.
Günlər əvvəl onun gedişindən oxucularımızı xəbərdar etmişdik.
Növbəti ayrılacaq şəxs Kamil Məmmədov olmalı idi.
Amma olmayacaq.
Klubun yeni yönətimi tanınmış menecerin işinə davam etməsinə qərar verib.
Qarşıdakı dönəmdə də Məmmədov klubda əsas söz sahiblərindən biri olacaq.
Azarkeşlərin getməsini ən çox arzuladığı şəxs heyətin formalaşmasında birbaşa iştirak edəcək.
O, ötən ilin yayından klubdadır.
Bir müddət qeyri-rəsmi olaraq "ağ qaralar"da çalışan tanınmış menecer mövsümün startından az sonra Müşahidə Şurasının idman üzrə müşaviri vəzifəsini yerinə yetirməyə başlayıb.
XANOĞLAN / SPORTİNFO.AZ

